“Şamaxı” vacib 3 xal qazandı
Premyer Liqanın XV turu çərçivəsində “Şamaxı” “Zirə”ni qəbul edib.
TodayPress TV xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matç “Şamaxı” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İnqilab Məmmədovun idarə etdiyi oyunun 8-ci dəqiqəsində Giorgi Papunaşvili “Zirə” klubunu hesabda irəli çıxarıb - 0:1.
Matçın 54-cü dəqiqəsində “Şamaxı”nın futbolçusu Alfons Msanqa oyunda status-kvonu bərpa edib - 1:1.
Qarşılaşmanın 61-ci dəqiqəsində “Şamaxı”nın futbolçusu Karim Rossi penalti zərbəsini dəqiq yerinə yetirərək meydan sahiblərini hesabda irəli çıxarıb - 2:1.
Matçın qalan dəqiqələrində hesab dəyişməyib və “Şamaxı” vacib qələbə qazanıb.
Namiq HUN