Netanyahu və Modi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Netanyahu və Modi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
06.08.2026 19:24 Dünya

Hindistanın Baş naziri Narendra Modi ilə İsrailin Baş naziri Benyamin Netanyahu telefon danışığı zamanı ikitərəfli əməkdaşlığı və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə Modi "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.

"Baş nazir Benyamin Netanyahu ilə telefon danışığı apardım. Hindistan və İsrail arasında davamlı şəkildə möhkəmlənən xüsusi strateji tərəfdaşlığın müxtəlif istiqamətlərinin inkişafını müzakirə etdik. Həmçinin Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi apardıq", – deyə o yazıb.

Hindistan hökumətinin mətbuat xidmətinin yaydığı ayrıca məlumatda qeyd olunub ki, hökumət başçıları "hər iki ölkənin mənafeyi naminə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsinə sadiq olduqlarını" təsdiqləyiblər.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər