Salah yeni bombardirlik rekorduna imza atdı

Salah yeni bombardirlik rekorduna imza atdı
16.08.2025 09:30 İdman

“Liverpul” klubunun hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının ilk turlarında şəxsi bombardirlik rekordunu yeniləyib.

TodayPress TV xəbər verir ki, o, “Bornmut”a qarşı oyunda (4:2) komandasının dördüncü qolunu vuraraq karyerasında start matçlarında 10-cu qoluna imza atıb. 

Bu göstəriciyə Premyer Liqa tarixində indiyədək heç bir futbolçu çata bilməyib.

Qeyd edək ki, Məhəmməd Salah “Liverpul” forması ilə çıxış etdiyi bütün 9 mövsümdə Premyer Liqanın ilk turunda məhsuldar oyun nümayiş etdirib. Ümumilikdə forvardın aktivində start turlarında 10 qol və 5 məhsuldar ötürmə var.

Namiq HUN

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər