“Sabah” Avropa yolunda vacib imtahana çıxır

“Sabah” Avropa yolunda vacib imtahana çıxır
28.07.2026 09:05 İdman

Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Azərbaycan çempionu “Sabah” klubu Finlandiyanın “KuPS” komandası ilə cavab görüşünə çıxacaq.

TodayPress TV xəbər verir ki, Kuopio şəhərindəki “Savon Sanemat Areena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xatırladaq ki, komandaların Bakıda keçirilən ilk görüşündə “Sabah” 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu cütün qalibi UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Orxus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. “Lex” klubu Danimarkada keçirilən ilk görüşdə 4:1 hesablı qələbə qazanıb. 

Namiq HUN

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər