Romano transfer bombasını partlatdı: Mançini “Skuadra Adzurra”ya qayıdır

Romano transfer bombasını partlatdı: Mançini “Skuadra Adzurra”ya qayıdır
28.07.2026 15:47 İdman

İtaliyalı mütəxəssis Roberto Mançini İtaliya milli komandasının baş məşqçisi postunu yenidən qəbul etməyə razılıq verib.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Bildirilir ki, təcrübəli mütəxəssis ikinci dəfə yığmanın “sükanı arxası”na keçib. 

Daha əvvəl İtaliya millisinin baş məşqçisi postuna namizədlərdən biri olan Andrea Pirlonun Rusiya bukmeyker şirkəti ilə əlaqələrinə görə bu vəzifəyə təyin edilməyəcəyi bildirilmişdi.

Qeyd edək ki, Roberto Mançini 2018–2023-cü illərdə də İtaliya millisini çalışdırıb. O, komandanı AVRO-2020-nin qalibi edib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər