Qəfil zəng: Qurban Qurbanov Elvini bağışladı

İdman

01.05.2026 20:58

“Qarabağ”ın əsas heyətindən uzaqlaşdırılan Elvin Cəfərquliyev komandanın baş məşqçisi Qurban Qurbanovla əlaqə yaradıb.

TodayPress TV xəbər verir ki, Elvin Cəfərquliyev komandasının dünən "Neftçi"yə 1-2 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra Qurban Qurbanova zəng edib.

Danışıq zamanı konkret nələrin müzakirə edildiyi məlum olmasa da, bu təmasdan sonra tərəflər arasındakı buzların əridiyini düşünmək olar. Bunun ilk əlaməti kimi cəzalandırılan futbolçuların - Elvin Cəfərquliyev və Abbas Hüseynovun əvəzedicilərin heyətində ilk oyunlarına çıxmalarını göstərmək olar.

Mənbə Qurban Qurbanovun Elvini bağışladığını desə də, futbolçunun mayın 4-də "Turan Tovuz"la qarşılaşmada heyətə daxil edilib-edilməyəcəyinin dəqiqləşmədiyini bildirib.

Xatırladaq ki, onlar bu gün "Zirə"nin əvəzedici komandasına qarşı keçirilən matçda start heyətdə yer alıblar.

TodayPress TV

tag: Fufbol,Elvin Cəfərquliyev,Neftçi,İdman,Todaypress.tv,