"Qəbələ" Kouya Mabena ilə müqavilə imzaladı

"Qəbələ" Kouya Mabena ilə müqavilə imzaladı
29.06.2026 17:38 İdman

"Qəbələ" heyətinə yeni futbolçu cəlb edib.

TodayPress TV bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Fildişi Sahilindən olan sol cinah müdafiəçisi Kouya Mabena ilə anlaşıb.

27 yaşlı futbolçu ilə "1+1" illik müqavilə imzalanıb.

Qeyd edək ki, son olaraq Malta təmsilçisi "Floriana"da oynamış futbolçu daha əvvəl "Vesterlo" (Belçika), "UTA Arad" (Rumıniya), "Hapoel Hadera" və "Hapoel Rişon LeZion" (hər ikisi İsrail) komandalarının da şərəfini qoruyub.

TodayPress TV

XƏBƏR LENTİ
29 IYUN 2026
Bütün Xəbərlər