Qadın boksunun ən titullu idmançılarından biri həyatdan köçdü

Qadın boksunun ən titullu idmançılarından biri həyatdan köçdü
29.09.2025 10:55 İdman

Boks üzrə rusiyalı üçqat dünya və beşqat Avropa çempionu İrina Sineçkaya 48 yaşında qəfil vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Boks Federasiyası məlumat yayıb.

Federasiya bəyan edib ki, İrina Sineçkaya qadın boksunda ən çox titul qazanmış idmançılardan biri olub:

“İrinanın gedişi bütün boks ailəsi üçün böyük itkidir. Onun artıq aramızda olmadığını qəbul etmək çox çətindir. İrina Vladimirovnanın yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk. Onun xatirəsi daim bizimlə qalacaq.”

İdmançının ölümünə səbəb kimi trombun qopması ehtimal edilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər