ABŞ İranın qapıları açmağını gözləyir

ABŞ İranın qapıları açmağını gözləyir
20.07.2026 20:10 Dünya

ABŞ dövlət katibi Marko Rubio İranla bağlı açıqlamasında Vaşinqtonun diplomatik həll yoluna sadiq qaldığını bildirib.

TodayPress TV xəbər verir ki, Rubionun sözlərinə görə, Hörmüz boğazı gəmilər üçün açıq olmalı, burada nə rüsum tətbiq edilməli, nə də gəmilərə hücum edilməlidir.

O qeyd edib ki, İran mövcud razılaşmanın şərtlərini pozduğu halda həmin anlaşmanın qüvvədə qalmasından danışmaq mümkün deyil.

ABŞ dövlət katibi vurğulayıb ki, Vaşinqton dəfələrlə İranla diplomatik həllə nail olmağa çalışıb və bu cəhdlər davam edəcək.

“Əgər bu qapı yenidən açılsa, biz bunu məmnuniyyətlə qarşılayacağıq”, - deyə Rubio əlavə edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər