PSJ Dzion Sudzuki ilə danışıqlara başladı

PSJ Dzion Sudzuki ilə danışıqlara başladı
13.07.2026 14:16 İdman

PSJ klubu "Parma"nın (İtaliya) və Yaponiya millisinin qapıçısı Dzion Sudzuki ilə danışıqlara başlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

Fransa çempionunun nümayəndələri artıq 23 yaşlı futbolçu ilə mümkün transfer barədə əlaqə saxlayıblar.

D.Sudzuki 2024-cü ilin iyulunda "Parma"ya qoşulub. O, 2025/2026 mövsümündə keçirdiyi 22 matçın 6-da qapısını toxunulmaz saxlayıb.

"Transfermarkt" qolkiperin dəyərini 20 milyon avro qiymətləndirir. Yaponiyalının İtaliya klubu ilə müqaviləsinin müddəti 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUL 2026
Bütün Xəbərlər