Pogaçar: Dopinq yoxlamasına supermarketə gedirmiş kimi gedirəm

Pogaçar: Dopinq yoxlamasına supermarketə gedirmiş kimi gedirəm
27.07.2026 11:01 İdman

Sloveniyalı məşhur velosipedçi Tadey Pogaçar “Tour de France – 2026” zamanı gecə saatlarında keçirilən gözlənilməz dopinq yoxlaması ilə bağlı fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, “L'Equipe” nəşrinə danışan idmançı artıq bu cür yoxlamaları həyatının adi bir hissəsi kimi qəbul etdiyini bildirib.

Pogaçar qeyd edib ki, 2020-ci ildən etibarən “Tour de France” yarışlarında çıxış etdiyi dövrdə dəfələrlə qeyri-adi dopinq yoxlamalarından keçib.

“Yeddi il ərzində dörd-beş dəfə starta yarım saat qalmış komanda avtobusunda da yoxlanılmışam. Buna görə şikayət etmirəm, çünki müfəttişlər sadəcə öz işlərini görürlər. Bu, artıq həyatımın bir hissəsidir”, – deyə o bildirib.

Sloveniyalı velosipedçi əlavə edib ki, hotel otağının qapısı döyüləndə ilk ağlına gələn məhz dopinq nəzarəti olur.

“Qapı döyüləndə müfəttişi supermarketə gedirmiş kimi sakit qarşılayıram. Bu, artıq mənə qəribə gəlmir. Sadəcə həyatımın bir hissəsidir”, – deyə Pogaçar vurğulayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər