O'Nil 2026/2027 mövsümünün ən güclü mərkəzini açıqladı

O'Nil 2026/2027 mövsümünün ən güclü mərkəzini açıqladı
28.07.2026 13:20 İdman

NBA əfsanəsi, Basketbol Şöhrət Zalının üzvü və dördqat çempion Şakil O'Nil “Filadelfiya”nın mərkəz oyunçusu Coel Embiid barədə iddialı proqnoz səsləndirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb.

54 yaşlı sabiq basketbolçunun fikrincə, 2026/2027 mövsümündə Embiid NBA-nın ən yaxşı mərkəz oyunçusu olacaq və “Denver Naqqets”in serbiyalı ulduzu Nikola Yokiçi geridə qoyacaq.

“Coel Embiid bu il dominant oyun nümayiş etdirəcək. Bunu ilk məndən eşitdiniz. Coel Embiid liqanın ən yaxşı mərkəz oyunçusu olacaq. Bu mövsüm o, Yokiçi üstələyəcək”, – deyə O'Nil bildirib.

Qeyd edək ki, son illərdə NBA-nın ən yaxşı mərkəz oyunçusu müzakirələrində Coel Embiid və Nikola Yokiç əsas rəqiblər hesab olunur.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər