"O, əfsanədir" – Benzemadan Zidan haqqında diqqətçəkən açıqlama

"O, əfsanədir" – Benzemadan Zidan haqqında diqqətçəkən açıqlama
28.07.2026 16:45 İdman

Fransa millisinin sabiq hücumçusu Kərim Benzema Zinəddin Zidanın yığmanın baş məşqçisi təyin olunmasına münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

“Zidan əfsanədir və mənim üçün böyük qardaş kimidir. Onun Fransa millisinin baş məşqçisi olmasına çox sevinirəm”, – deyə Benzema bildirib. 

Fransa Futbol Federasiyası (FFF) 54 yaşlı mütəxəssislə 2030-cu il dünya çempionatının sonuna qədər nəzərdə tutulan müqavilə imzalandığını rəsmən açıqlayıb.

Qeyd edək ki, Zinəddin Zidan məşqçilik karyerasında iki dəfə Madrid “Real”ına rəhbərlik edib. O, komandanı iki dəfə İspaniya çempionu edib, ardıcıl üç mövsüm isə UEFA Çempionlar Liqası Kubokunu başı üzərinə qaldırıb.

Kərim Benzema Fransa millisinin heyətində keçirdiyi 97 oyunda 37 qol vurub və 20 məhsuldar ötürmə ilə yadda qalıb. 38 yaşlı futbolçu 2026-cı ilin fevralından Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun formasını geyinir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər