"Neftçi" xorvatiyalı futbolçunu heyətinə qatdı
"Neftçi" daha bir futbolçu transferini reallaşdırıb.
TodayPress TV xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Xorvatiyalı Viçko Şevel "ağ-qaralar"ın yeni üzvü olub.
25 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb. O, 88 nömrəli formanı geyinəcək. Əsas mövqeyi ilə yanaşı, müdafiənin mərkəzində və sağ cinahında da oynamağı bacaran Viçko Xorvatiya, Bosniya və Herseqovina, Rusiya, Sloveniya və Şotlandiya klublarında çıxış edib.
Sonuncu komandası "Dandi Yunayted"lə ötən mövsüm ümumilikdə 40 matçda meydana çıxıb, 3 məhsuldar ötürmə müəllifi olub. 2026/2027 mövsümündə Şotlandiya çempionatının ilk 3 turunda, Şotlandiya Liqa Kubokunda isə 5 matçın hamısında forma geyinib.