İran Hörmüz boğazına belə “sahib çıxdı”: “Son söz bizimdir!”
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı açıqlama verib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Əzizi bildirib ki, boğazın təhlükəsizliyinə yalnız bir suveren dövlət - İran zəmanət verir.
Onun sözlərinə görə, Hörmüz boğazında təhlükəsizliyin təmin olunması İranın suveren hüquqları çərçivəsində həyata keçirilir.
Qeyd edək ki, son günlər ABŞ və İran arasında Hörmüz boğazı ətrafında gərginlik yenidən artıb. İran daha əvvəl boğaz üzərində tam nəzarətə malik olduğunu açıqlamışdı.
Kübra Musayeva