Hindistanın Baş naziri Putinə nə dedi? - DETALLAR
Hindistanın Baş naziri Narendra Modi Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək Ukraynada müharibənin dayandırılmasının vacibliyini vurğulayıb.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
Modi bildirib ki, müharibədə keçirilən hər gün bəşəriyyəti geriyə aparır, sülhə doğru atılan hər addım isə bütün insanlığa yeni ümid və ruh yüksəkliyi verir.
“Biz sonsuz müharibədən müharibənin dayandırılmasına keçməliyik. Məhz bu istiqamətdə irəliləməliyik, çünki bu, bütün bəşəriyyətin rifahı üçün zəruridir”, - deyə Hindistanın Baş naziri qeyd edib.
Onun sözlərinə görə, bütün məsələlər mümkün qədər tez və yalnız sülh yolu ilə həll edilməlidir.
“Bu, bütün bəşəriyyətin çağırışıdır. Bu, Hindistanın mesajıdır. Qandi və Buddanın ölkəsinin yalnız bir mesajı var - sülh”, - Modi vurğulayıb.
Kübra Musayeva