Xristian və buddist turistlər Diri Babada sufi zikrinə qoşuldular
Azərbaycanın tarixi sufi məkanlarından olan Diri Baba türbəsində sufizm fəqli formada təqdim olunub.
TodayPress TV-nin məlumatına görə, belə ki, Diri Baba türbə- kompleksinin rəhbəri, şair-publisist Yusif Nazim Ərəbsoy xarici qonaqları sufi libasında qarşılayıb, onlara abidənin tarixi və sufizm haqqında ətrafll məlumat verib.
Turistlər bu təqdimatı çox maraqla qarşılayıblar. Xarici qonaqları mövzuyla əlaqədar maraqlandıran suallar cavablabdırılıb.
Sonda dünyanın müxtəlif ölkələrindən olan xristian və buddistlərdən ibarət turistlərlə bir yerdə sufilərin "Hu Allah!" zikri səsləndirilib.