60 min miqrant köçürüldü: Mərakeşdən Seuta böhranına SƏRT MÜDAXİLƏ

60 min miqrant köçürüldü: Mərakeşdən Seuta böhranına SƏRT MÜDAXİLƏ
31.08.2026 22:32 Dünya

Mərakeş hakimiyyəti Seutanın ətraf rayonlarından iyulun sonu – avqustun əvvəlində baş verən miqrasiya böhranından sonra şəhərə qanunsuz yollarla daxil olmağa cəhd edən təxminən 60 min nəfəri saxlayaraq ölkənin digər ərazilərinə çıxarıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Hespress” xəbər portalı məlumat yayıb.

Mərakeş hüquq-mühafizə orqanlarındakı mənbələrin məlumatına görə, bu rəqəmə kütləvi sərhəd keçidinin baş verdiyi günlərdə Seutaya qanunsuz daxil olaraq könüllü şəkildə Mərakeş ərazisinə qayıdan və ya Mərakeş-İspaniya arasında koordinasiya nəticəsində geri qaytarılan şəxslər daxil deyil.

Həmin mənbələr izah ediblər ki, əsasən Seuta bölgəsindən avqustun əvvəlində sərhədin genişmiqyaslı şəkildə pozulmasından sonrakı ilk həftələrdə qanunsuz miqrasiya dalğası ilə bağlı sosial şəbəkələrdə çoxsaylı videolar yayıldıqdan sonra muxtar şəhərə axışan şəxslər çıxarılıb.

Qeyd olunur ki, Seuta yaxınlığındakı Mərakeş ərazilərindən deportasiya edilən potensial miqrantların təxminən 20 faizi bu ərazilərə böyük qruplar halında gələn və ölkənin şimalındakı müxtəlif məntəqələrdə saxlanılan Sub-Sahara Afrikası ölkələrindən olan şəxslərdir.

Hüquq-mühafizə orqanları bildiriblər ki, göstərilən bölgələrdə qanunsuz miqrasiyaya və onun nəticələrinə qarşı mübarizə səyləri ikiqat güclə davam etdirilir, muxtar şəhərin sərhədini qanunsuz keçməyə cəhd göstərməkdə şübhəli bilinən gənclər və yetkinlik yaşına çatmayanlar saxlanılır.

Aysel Mətləb

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər