NBA-də qalmaqal: Braun Embiidi simulyasiyada ittiham etdi
İdman
04.05.2026 16:38
“Boston Seltiks” lideri Ceylen Braun Coel Embiid barədə sərt fikirlər səsləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Fullcourtpass” nəşri X sosial şəbəkəsində paylaşım edib.
Braun rəqibini simulyasiyada ittiham edərək bunun oyuna mənfi təsir göstərdiyini bildirib:
“Bu, mənim basketbol haqqında şəxsi fikrimdir. Kim razılaşmırsa, gedib başqası ilə mübahisə etsin. Simulyasiya oyunumuzu məhv edib. Embiid böyük oyunçudur, tarixdə ən yaxşı ‘big men’lərdən biridir. Amma o, simulyasiya edir və bunu özü də bilir. Bu, heç bir sensasiya deyil – sadəcə faktdır”.
Qeyd edək ki, “Boston Seltiks” daha əvvəl pley-offda “Filadelfiya 76ers” ilə seriyada məğlub olub.
Xatırladaq ki, Braun bundan əvvəl də simulyasiya məsələsinə toxunaraq bu problemin basketbolun keyfiyyətinə təsir etdiyini vurğulamışdı.
Namiq HUN
tag: NBA,Boston Seltiks,Ceylen Braun,Coel Embiid,Todaypress.tv,
