Mundialda Avropanın 12 klubundan 9-u qaldı

Mundialda Avropanın 12 klubundan 9-u qaldı
27.06.2025 09:30 İdman

Avropanın 9 klubu klublararası dünya çempionatının 1/8 finalına yüksəlib.

TodayPress TV xəbər verir ki, ABŞ-də keçirilən mundialda Avropanı təmsil edən 12 klubdan 9-u qrup mərhələsini uğurla başa vuraraq 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Pley-off mərhələsində UEFA zonası adından aşağıdakı klublar mübarizəni davam etdirəcək:

PSJ (Fransa)

“Benfika” (Portuqaliya)

“Bavariya” (Almaniya)

“Çelsi” (İngiltərə)

“İnter” (İtaliya)

“Borussiya Dortmund” (Almaniya)

“Mançester Siti” (İngiltərə)

“Yuventus” (İtaliya)

“Real Madrid” (İspaniya)

“Portu” (Portuqaliya), “Atletiko” Madrid (İspaniya) və “Zalsburq” (Avstriya) klubları qrup mərhələsini keçə bilməyərək turniri tərk edib. Hər üç klub öz qruplarında üçüncü yeri tutaraq mübarizəni dayandırıb.

Namiq HUN

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər