Mourinyo üçün Madrid qapıları açılır!

Mourinyo üçün Madrid qapıları açılır!
28.04.2026 16:59 İdman

Joze Mourinyo “Real Madrid”in baş məşqçi postuna əsas namizəd hesab olunur.

TodayPress TV xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Mənbənin iddiasına görə, Madrid təmsilçisinin prezidenti Florentino Perez 63 yaşlı portuqaliyalı mütəxəssisi komandaya qaytarmaq niyyətindədir və prosesi şəxsən idarə edir.

Bildirilir ki, Mourinyonun keçidi üçün “Real”ın “Benfika”ya 3 milyon avroya qədər təzminat ödəməsi lazım gələcək.

Jose Mourinyo daha əvvəl 2010-2013-cü illərdə “kral klubu”nu çalışdırıb və həmin dövrdə 3 titul qazanıb.

O, “Real”la La Liga, İspaniya Kuboku və İspaniya Superkubokunun qalibi olub.

Mourinyo 2011-ci ildə FIFA tərəfindən dünyanın ən yaxşı məşqçisi seçilib.

Hazırda “Real”a yanvar ayında Xabi Alonsonu əvəz edən Alvaro Arbeloa rəhbərlik edir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər