Messi “Qızıl buts”u qazandı
“İnter Mayami” klubunun hücumçusu Lionel Messi MLS-in müntəzəm mövsümünün bombardiri olub.
TodayPress TV xəbər verir ki, “Qızıl buts” mükafatı Messiyə “Naşvil” klubu ilə pley-off matçından əvvəl təqdim olunub.
Cari mövsümdə 28 matçda 29 qol vuran 38 yaşlı futbolçu ən yaxın izləyiciləri Denis Bouanqa (Los-Anceles) və Sem Sarrici (Neşvill) 5 qolla üstələyib.
Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayından şərəfini qoruduğu “İnter Mayami”nin heyətində Meydan çıxdığı 82 matçda 71 qol vurub və 37 məhsuldar ötürmə verib.
Namiq HUN