Messi Klozeni geridə qoydu, yeni dünya rekordu qırdı

Messi Klozeni geridə qoydu, yeni dünya rekordu qırdı
22.06.2026 22:50 İdman

Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatları tarixində ən çox qol vuran futbolçu adına sahib çıxıb.

TodayPress TV xəbər verir ki, rekord 2026-cı il dünya çempionatının J qrupunun II turunda Avstriya yığmasına qarşı keçirilən oyunda qeydə alınıb.

Messi mundiallardakı 17-ci qolunu vuraraq bu göstəricidə 16 qola malik olan Miroslav Klozeni geridə qoyub. Siyahının üçüncü pilləsində isə 15 qolla Kriştiano Ronaldo qərarlaşıb.

Qeyd edək ki, qarşılaşma davam edir və Argentina millisi hazırda 1:0 hesabı ilə üstünlük qazanır.

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər