“Mercedes” pilotu qələbəni əfsanəyə həsr etdi

İdman

04.05.2026 14:24

“Formula-1” pilotu Kimi Antonelli Mayami Qran-prisində qazandığı qələbəni əfsanəvi avtoidmançı Alessandro Zanardinin xatirəsinə həsr etdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “RaceFans2 məlumat yayıb. 

“Mercedes” pilotu bildirib ki, Zanardi onun ailəsinə yaxın insan olub və bu itki onun üçün çox ağırdır:

“Bu yarış və bu qələbə Aleks üçündür. O, bizim ailənin yaxın dostu idi. Onun həyatını itirdiyini eşitmək çox çətin oldu. Bu gün onun üçün qalib gəlmək istəyirdim. O, həyatda keçdiyi çətinliklərə baxmayaraq, heç vaxt təslim olmayan inanılmaz insan idi”.

Antonelli xüsusilə Zanardinin ağır qəzadan sonra həyata və idmana dönüşünü ilhamverici nümunə kimi qeyd edib:

“Qəzadan sonra geri qayıtması inanılmaz idi. Yeni həyat qurdu və uğur qazanmağa davam etdi. Mənim üçün o, heç vaxt təslim olmayan insanın simvolu idi”.

Qeyd edək ki, Alessandro Zanardi 60 yaşında vəfat edib. O, vaxtilə “Formula-1” yarışlarında çıxış edib, həmçinin CART seriyasında ikiqat çempion olub (1997, 1998).

2001-ci ildə ağır qəza keçirən Zanardi hər iki ayağını itirsə də, idmana qayıdaraq paralimpiya hərəkatında böyük uğurlar qazanıb və 2012, 2016-cı illərdə bir neçə qızıl medal əldə edib.

Namiq HUN

TodayPress TV

tag: Formula-1,Kimi Antonelli,Mayami,Alessandro Zanardi,Todaypress.tv,