MDB Oyunları: Taekvondoçularımız günü 3 qızıl medalla başa vurdular

MDB Oyunları: Taekvondoçularımız günü 3 qızıl medalla başa vurdular
29.09.2025 18:37 İdman

Azərbaycan taekvondoçuları III MDB Oyunlarının ilk günündə 3 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.

TodayPress TV xəbər verir ki, milli üzvülərindən Ziya Həsənli (63 kq), Humay Dadaşova (46 kq) və Məryəm Məmmədova (53 kq) final mərhələsində qalib gələrək Oyunların qızıl medalını qazanıblar.

Elcan Əliyevlə (74 kq) Ümid Rəhimzadə (54 kq) turnirin gümüş medalı ilə kifayətləniblər.

Altı taekvondoçumuz isə multi-idman oyunlarının bürünc medalına sahib çıxıb. Kişilərin turnirində Tamerlan Yaqubov (54 kq), Allahverdi Məmmədov və Zeynal Əliyev (hər ikisi 87 kq), qadınlarda isə Səlimə Quliyeva (46 kq), Nilufər Borci (53 kq) və Nərgiz Kazımova (62 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, ilk olaraq III MDB Oyunalrının qızıl medalını komandamıza samboçu Abdullətif Musayev (53 kq) qazandırıb. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər