MDB Oyunları: Qılıncoynatmada ilk medal bürünc oldu
Mirnuray Abasova III MDB Oyunlarında bürünc medal qazanıb.
TodayPress TV xəbər verir ki, o, qılıncoynatmanın şpaqa növündə qızların fərdi yarışında fərqlənib.
Gəncə İdman Sarayında keçirilən yarışda qrup mərhələsini 3 qələbə ilə başa vuran Mirnuray pley-offda Belarus təmsilçisini məğlub edərək ən güclü səkkizliyə yüksəlib. 1/4 finalda rusiyalı Anastasiya İlyuşenkonu mübarizədən kənarlaşdıran Mirnuray Abasova yarımfinala yüksəlməklə bürünc medalı təmin edib. O, finala aparan yolda Rusiya şpaqaçısına uduzaraq III MDB Oyunlarının elə bürünc medalı ilə kifayətlənib.
Namiq HUN