Marko Palestra "Çelsi"yə transfer olundu

Marko Palestra "Çelsi"yə transfer olundu
01.07.2026 17:51 İdman

İngiltərənin "Çelsi" klubu İtaliyanın "Atalanta" komandasından müdafiəçi Marko Palestranı transfer edib.

TodayPress TV London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında bağlanan müqavilənin müddəti 2033-cü ilə qədərdir.

Ötən mövsüm A Seriyasında ilin müdafiəçisi seçilən 21 yaşlı futbolçu yeni komandasına hazırlıq dövründə qoşulacaq.

Qeyd edək ki, M.Palestra 2025/2026 mövsümünü icarə əsasında İtaliyanın "Kalyari" klubunda keçirib. O, İtaliya çempionatında 37 oyunda meydana çıxıb. Gənc oyunçu cari ildə İtaliya millisində debüt edib və 2 oyuna çıxıb.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər