"Liverpul" Jeremi Jake ilə müqavilə imzaladı
İngiltərənin "Liverpul" klubu Fransa təmsilçisi "Renn"də çıxış edən Jeremi Jakeni heyətinə qatdığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Mersisayd təmsilçisi məlumat yayıb.
20 yaşlı mərkəz müdafiəçisi ilə uzunmüddətli müqavilə imzalanıb.
Xatırladaq ki, Jeremi Jake Fransanın aşağı yaş qruplarından ibarət millilərində çıxış edib.