Liam Rosenyor "Paris"lə anlaşmağa yaxındır
İngiltərənin "Çelsi" komandasının sabiq baş məşqçisi Liam Rosenyor yenidən karyerasını Fransada davam etdirməyə yaxındır.
TodayPress TV insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, "Paris" 41 yaşlı mütəxəssislə anlaşmaq üzrədir.
Hazırda tərəflər arasında danışıqların son mərhələsidir.
İngiltərəli mütəxəssislə 2 illik müqavilənin imzalanacağı gözlənilir.
Xatırladaq ki, "Çelsi" apreldə Liam Rosenyorla yollarını ayırdığını açıqlayıb. O, daha əvvəl Fransada "Strasburq"un baş məşqçisi olub.