"Karvan" almaniyalı futbolçu ilə anlaşdı

"Karvan" almaniyalı futbolçu ilə anlaşdı
30.07.2025 02:11 İdman

Yeni mövsümdən Premyer Liqada iştirak hüququ qazanan "Karvan" yeni futbolçu ilə anlaşıb.

Klubdan TodayPress TV-yə verilən məlumata görə, Yevlax təmsilçisi almaniyalı sol cinah müdafiəçisi Mois Nqvisanini sıralarına cəlb edib.

Onunla 1 illik sözləşmə imzalanıb. 27 yaşlı futbolçu son olaraq Lüksenburqun “Vilç” klubunda forma geyinib. Mois karyerası ərzində Almaniyanın “Bohum”, “Aue”, “Ştutqart” və “Borussiya” (Münhenqladbax) komandalarının heyətində çıxış edib.

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər