"İnter"in futbolçusu 1 ay oynamayacaq
"İnter"in heyətində ciddi itki baş verib. Müdafiəçi Françesko Açerbi sıradan çıxıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı futbolçu UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunun "Liverpul"la matçında (0:1) sıradan çıxıb.37 yaşlı mərkəz müdafiəçisi 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd eədk ki. Açerbi bu mövsüm "İnter"in heyətində 14 oyuna çıxıb və 1 qol ötürməsi edib.