İngiltərə millisindən DÇ-2026 öncəsi güclü mesaj
İngiltərə millisinin kapitanı Harri Keyn 2026-cı il dünya çempionatı ilə bağlı komandasının hədəflərindən danışıb.
TodayPress TV xəbər verir ki, bu barədə “L'Équipe” nəşri məlumat yayıb.
Təcrübəli hücumçu İngiltərə yığmasının əsas məqsədinin dünya çempionu olmaq olduğunu vurğulayıb:
“Əlbəttə ki, məqsədimiz çempionluqdur. Bunun nə qədər çətin olacağını anlayırıq. Ancaq son illərdə böyük turnirlərdə uğura çox yaxın olmuşuq. Avropa çempionatının iki finalında, dünya çempionatının yarımfinal və dörddəbir final mərhələlərində çıxış etmişik. Bu il isə yeni baş məşqçimiz olacaq və qarşıda bizi yeni çağırışlar gözləyir”.
Qeyd edək ki, İngiltərə millisi DÇ-2026-nın L qrupunda Xorvatiya, Qana və Panama yığmaları ilə mübarizə aparacaq. Turnir 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.
Namiq HUN