İlk dəfə! WNBA Ulduzlar Oyunu NBA-nı üstələdi

İlk dəfə! WNBA Ulduzlar Oyunu NBA-nı üstələdi
28.07.2026 09:35 İdman

Qadın Milli Basketbol Assosiasiyasının (WNBA) 2026-cı il Ulduzlar Oyunu tarixi göstəriciyə imza ataraq NBA-nın analoji qarşılaşmasını tamaşaçı sayına görə geridə qoyub. 

TodayPress TV xəbər verir ki, “Yahoo Sports” nəşrinin yaydığı məlumata əsasən, WNBA All-Star oyunu tribunlara 19 783 azarkeş cəlb edib. Bu göstərici NBA All-Star 2026 matçını izləyən 15 973 tamaşaçıdan daha yüksək olub və basketbol tarixində ilk dəfə belə hadisə yaşanıb.

Bununla yanaşı, 19 783 tamaşaçı WNBA Ulduzlar Oyununun yeni ziyarətçi rekordu kimi tarixə düşüb. Əvvəlki rekord – 19 487 tamaşaçı – 2007-ci ildə Vaşinqtonda keçirilən qarşılaşmada qeydə alınmışdı. Yeni rekord isə Çikaqodakı United Center arenasında müəyyənləşib.

Görüşün ən dəyərli oyunçusu (MVP) Baqam Adaları basketbolçusu Conkel Cons seçilib. O, matçda 22 xal, 13 ribaund və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Cons WNBA tarixində müntəzəm mövsümün MVP-si (2021), finalın MVP-si (2024), Komissar Kubokunun MVP-si (2023) və Ulduzlar Oyununun MVP-si (2026) mükafatlarını qazanan ilk basketbolçu olub. 

O, həmçinin "New York Liberty" klubunun tarixində ilk, eləcə də WNBA All-Star oyununda MVP seçilən ilk əcnəbi basketbolçu kimi tarixə düşüb.

Namiq HUN

XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər