III MDB Oyunları: Azərbaycan üzgüçüsü bürünc medal qazandı

III MDB Oyunları: Azərbaycan üzgüçüsü bürünc medal qazandı
28.09.2025 11:58 İdman

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında üzgüçülük yarışlarına start verilib.

TodayPress TV xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışlarda Mehri Abdurrəhmanlı 100 metr məsafəyə “butterfly” (kəpənək) üslubunda üzərək bürünc medal qazanıb.

Digər təmsilçimiz Anastasiya Qnussina isə 800 metr məsafəyə sərbəst üzmə yarışında dördüncü yeri tutub və mükafatçı sırasına daxil ola bilməyib.

TodayPress TV 

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər