III MDB Oyunları: Azərbaycan stolüstü tennisçiləri yarımfinalda məğlub oldu
III MDB Oyunları çərçivəsində Azərbaycanın stolüstü tennisçiləri yarımfinal matçında qüvvəsini sınayıb.
TodayPress TV xəbər verir ki, Yağmur Məmmədli və Aylin Əsgərova qızlar cütlüyü Belarus komandası ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzaraq yarışdan kənar qalıb.
Qeyd edək ki, stolüstü tennis yarışları sentyabrın 29-da yekunlaşacaq.