III MDB Oyunları: Azərbaycan medal sıralamasında üçüncüdür
Azərbaycan komandası III MDB Oyunlarının medal sıralamasında üçüncü pilləyə düşüb.
TodayPress TV xəbər verir ki, millimizin aktivində hazırda 29 qızıl, 48 gümüş və 89 bürünc medal var.
Oyunların 11-ci günü hesabına 2 gümüş və 3 bürünc medal yazdıran komandamız ikinci pilləni Belarus yığmasına təhvil verib.
Belarus (32 qızıl, 31 gümüş, 51 bürünc medal) ikinci pillədə qərarlaşıb.
Siyahıya Rusiya (116 qızıl, 58 gümüş, 38 bürünc medal) başçılıq edir.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.
Namiq HUN