İdmançılarımızın qazandıqları medallar yenisi ilə əvəz edildi

İdmançılarımızın qazandıqları medallar yenisi ilə əvəz edildi
16.03.2026 22:20 İdman

Azərbaycan idmançılarının Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları və sonradan aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib. 

Milli Olimpiya Komitəsindən (MOK) TodayPress TV verilən məlumata görə, taekvondoçu Qaşim Maqomedovun gümüş və yunan-Roma güləşçisi Həsrət Cəfərovun bürünc medalları artıq yenisi ilə əvəz olunub.

Medallar martın 20-dək Bakıya – Milli Olimpiya Komitəsinə göndəriləcək.

Medalların təqdimatı üçün Olimpiya mükafatçıları MOK-a dəvət olunacaq və yenisi ilə əvəz olunan medallar onlara təqdim ediləcək.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər