Gecənin savaşı: “Bavariya” və PSJ final uğrunda!

İdman

06.05.2026 10:42

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) növbəti finalçı məlum olacaq.

TodayPress TV xəbər verir ki, yarımfinal mərhələsinin cavab matçında “Bavariya” və PSJ komandaları qarşılaşacaq.

Bakı vaxtı ilə saat 23:00-da başlayacaq Münhen qarşılaşmasını portuqaliyalı referi Joao Pinheyro idarə edəcək.

Bu komandalar arasında Parisdə baş tutan ilk yarımfinal matçında PSJ 5:4 hesablı qələbə qazanıb.

Qeyd edək ki, cütün qalibi Çempionlar Liqasının finalında “Arsenal” ilə üz-üzə gələcək. London təmsilçisi yarımfinalda “Atletiko Madrid” üzərində iki oyunun nəticəsinə əsasən 2:1 hesablı qələbə qazanaraq finala yüksəlib.

Namiq HUN

TodayPress TV

tag: UEFA,Bavariya,PSJ,Klub,Todaypress.tv,