Futbolda qayda dəyişiklikləri gözlənilir
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) aut atışları və qapı zərbələri zamanı vaxt itirməsinin qarşısını almaq üçün geri sayımı tətbiq etmək istəyir.
TodayPress TV xəbər verir ki, məsələyə IFAB-ın Futbol və Texniki Məsləhət Paneli iclasında baxılıb.
- Aut və qapı zərbələrinə müəyyən vaxt limiti qoyulması planlaşdırılır.
- Məqsəd artan uzun aut atışları və qapı zərbələri ilə əlaqədar oyunun gecikməsinin qarşısını almaqdır.
- Qapıçılar üçün bu il tətbiq edilən 8 saniyəlik top saxlama limiti ilə oxşar mexanizm nəzərdə tutulur.
- Əgər qapıçı topu vaxtında oyuna buraxmasa, rəqib komanda küncdən zərbə qazanacaq.
Namiq HUN