“24 saata bitəcəkdi…” - Zaxarova Trampın yaddaşını təzələdi

  “24 saata bitəcəkdi…” - Zaxarova Trampın yaddaşını təzələdi
23.07.2026 22:19 Dünya

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Prezidenti Donald Trampın Ukraynadakı müharibəni 24 saat ərzində başa çatdıracağı ilə bağlı dəfələrlə verdiyi vədləri xatırladıb.

TodayPress TV xəbər verir ki, o, ABŞ dövlət katibi Marko Rubionun Sergey Lavrovla keçirilən danışıqlardan sonra jurnalistlərin sualına cavabını şərh edib. 

Rubio:

“Siz elə düşünürsünüz ki, biz Ukraynadakı müharibəni 30 dəqiqəyə həll etdik? Bu, belə işləmir”.

Zaxarova isə buna cavab olaraq deyib ki, heç kim müharibənin 30 dəqiqəyə bitəcəyini düşünmürdü. Onun sözlərinə görə, ictimaiyyət Trampın Ukrayna münaqişəsini 24 saata başa çatdıracağı ilə bağlı 80 dəfədən çox verdiyi bəyanatları yaxşı xatırlayır.

Rusiya XİN sözçüsü əlavə edib ki, Tramp sonradan Ankoricdə keçirilən sammiti də yüksək qiymətləndirmişdi.

Kübra Musayeva

XƏBƏR LENTİ
23 IYUL 2026
Bütün Xəbərlər