“Telegram”ın qurucusu hamını Gürcüstana səslədi - SƏBƏB

“Telegram”ın qurucusu hamını Gürcüstana səslədi - SƏBƏB
24.07.2026 02:48 Dünya

“Telegram”ın qurucusu Pavel Durov Gürcüstanın son illərdə sürətlə inkişaf etdiyini bildirib. 

TodayPress TV xəbər verir ki, onun sözlərinə görə, ölkə son beş ildə iqtisadiyyatını iki dəfə artırıb və illik təxminən 8% artım nümayiş etdirir.

Durov qeyd edib ki, Gürcüstanda beynəlxalq texnologiya şirkətləri üçün korporativ vergi 0%, dividend və əməkhaqqı üzrə vergi isə cəmi 5% təşkil edir.

O, həmçinin vurğulayıb ki, Gürcüstan həm biznes qurmaq, həm də turizm üçün ciddi şəkildə qiymətləndirilməyən ölkələrdən biridir.

XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər