Futbol tarixində nadir hal - 0 xallıq mövsüm!

İdman

05.05.2026 09:20

İngiltərənin Çempionşip turnirində çıxış edən “Şeffild Uensdey” mövsümü 0 xalla başa vurub.

TodayPress TV xəbər verir ki, komanda sonuncu, 46-cı turda “Vest Bromviç  Albion” üzərində 2:1 hesablı qələbə qazanaraq xallarını mənfi göstəricidən sıfıra yüksəldə bilib.

Daha əvvəl klub maliyyə qaydalarının pozulmasına görə 18 xal silinməsi ilə cəzalandırılmışdı. Dekabrın əvvəlində komandanın hesabında -10 xal var idi. Mövsümün son matçındakı qələbə sayəsində “Şeffild Uensdey” xallarını 0-a çatdırıb.

Komanda fevralın sonunda - mövsümün bitməsinə 13 tur qalmış liqanı tərk edib. Bu nəticə İngiltərə futbol liqaları tarixində ən uğursuz göstəricilərdən biri kimi qeydə alınıb.

Qeyd edək ki, “Şeffild Uensdey” tarixində 4 dəfə İngiltərə çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb və həmçinin Liqa Kubokuna sahib çıxıb.

Namiq HUN

TodayPress TV

tag: Şeffild Uensdey,Çempionşip,Klub,Futbol,Todaypress.tv,