Fransa DÇ-2026-ya qələbə ilə başladı

Fransa DÇ-2026-ya qələbə ilə başladı
17.06.2026 01:07 İdman

Futbol üzrə dünya çempionatında Fransa Seneqala qalib gəlib.

TodayPress TV-nin məlumatına görə, Nyu-York/Nyu-Cersi stadionunda keçirilən I qrupunun matçında avropalılar 3:1 hesablı qələbəyə seviniblər.

Fransanın heyətində Kilian Mbappe (66, 90+6) və Bradli Barkola (82) dəqiq zərbə müəllifi olublar.

Afrikalıların qolunu isə İbrahim Mbaye (90+5) vurub.

Qeyd edək ki, bu qrupun digər oyununda, saat 02:00-da İraq Norveçlə üz-üzə gələcək.

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər