İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi
İsrailin Baş naziri Binyamin Netanyahu Ukraynaya “Dəmir Günbəz” (“Iron Dome”) raketdən müdafiə sistemlərinin verilməsinə qarşı çıxıb.
TodayPress TV xəbər verir ki, məlumata görə, İsrailin Vaşinqtondakı səfirliyi sistemlərin Ukraynaya təhvil verilməsindən imtinanı texnologiyanın İranın əlinə keçə biləcəyi ilə bağlı narahatlıqlarla izah edib.
Bununla yanaşı, İsrail Ukraynaya göndərilməsi üçün ABŞ-yə “Patriot” hava hücumundan müdafiə sistemlərinə aid batareyaları geri qaytarıb.
Kübra Musayeva