“Formula-1”də “Maklaren”dən iddialı mesaj!
İdman
29.04.2026 13:22
“Maklaren” komandasının rəhbəri Andrea Stella “Formula-1”də “Mercedes” güc qurğusu ilə işdə əldə olunan irəliləyişdən danışıb.
TodayPress TV xəbər verir ki, italiyalı mütəxəssis komandanın simulyasiya və mühərrikdən maksimum faydalanmaq baxımından ciddi addım atdığını bildirib.
“Simulyasiyalarda gördüyümüz kimi, yeni reqlament tətbiq olunduqdan sonra güc qurğusunun davranışını müəyyən dərəcədə proqnozlaşdıra biləcəyik. Perspektivi düşünmək, baş verə biləcək hər şeyi nəzərə almaq və güc qurğusundan istifadə üsulunun maksimum dərəcədə optimal olduğuna əmin olmaq lazımdır. Mən əminəm ki, hazırkı simulyasiyalar vasitəsilə buna nail ola biləcəyik.
Həmçinin təsdiqləyə bilərəm ki, HPP (Mercedes High Performance Powertrains) ilə işdə, simulyasiya alətlərinin hazırlanmasında Avstraliya mərhələsi ilə müqayisədə böyük addım atmışıq. Komanda olaraq indi daha yaxşı hazırıq. Mövsümün əvvəlində müştəri komanda statusundan irəli gələn müəyyən gerilik var idi və biz bunu qəbul etməyə hazır idik.
Biz HPP ilə çox konstruktiv işlədik. Düşünürəm ki, mövsümün sonrakı hissəsində bu fərqi tamamilə aradan qaldıra və güc qurğusundan maksimumu götürmək üçün lazım olan bütün vasitələrə sahib ola bilərik”, – deyə Stella açıqlayıb.
Namiq HUN
tag: Maklaren,Mercedes,Andrea Stella,Yarış,Todaypress.tv,
