Flik onu müdafiə etdi

İdman

01.11.2025 17:24

“Barselona” klubunun baş məşqçisi Hans-Diter Flik gənc hücumçu Lamin Yamalı müdafiə edib.

TodayPress TV xəbər verir ki, Flik bu barədə klubun rəsmi saytına danışıb:

“Biz onunla açıq və səmimi söhbət etdik, bu, ən yaxşı yanaşmadır. Mən həmişə onu qoruyacağam və dəstək olacağam. Yamal gəncdir, amma artıq fantastik futbolçudur. Düzgün yolu seçəcəyik. ‘Real’a qarşı oyun barədə? Mənim üçün o matç geridə qalıb, bu haqda danışmaq istəmirəm.”

Qeyd edək ki, 18 yaşlı futbolçu İspaniya La Liqasının X turunda “Real Madrid”ə (1:2) qarşı keçirdiyi oyundan sonra tənqid hədəfinə çevrilmişdi.

Xatırladaq ki, “El Klasiko”dan əvvəl Yamal “Real Madrid”i Kings League turnirinin “Porsinos” komandası ilə müqayisə edərək, “Bəli, əlbəttə. Onlar aldadırlar və şikayət edirlər” demişdi.

Namiq HUN

TodayPress TV

tag: Hans-Diter Flik,Lamin Yamal,Barselona,Klub,Todaypress.tv,