Ərdoğandan Türkiyə millisinə qəfil zəng: Elə kritik mesajlar verdi ki...

Ərdoğandan Türkiyə millisinə qəfil zəng: Elə kritik mesajlar verdi ki...
17.06.2026 19:45 İdman

2026-cı il Dünya Çempionatına 2:0 hesablı Avstraliya məğlubiyyəti ilə başlayan Türkiyə Milli Futbol Komandasına Parqvay matçı öncəsi Prezident Rəcəb Tayyib Ərdoğandan dəstək mesajı gəlib.

TodayPress TV xəbər verir ki, Dünya Çempionatı təşkilatçılığını yerində izləyən Gənclər və İdman naziri Osman Aşqın Bakı telefonla zəng edən Ərdoğan milliyə xüsusi dəstək mesajı göndərib.

Liderin bu mesajının Türkiyə Futbol Federasiyasının Prezidenti İbrahim Hacıosmanoğlu tərəfindən Baş məşqçi Vinçenzo Montella və futbolçulara şəxsən çatdırıldığı bildirilib:

"Hörmətli nazirimiz Osman Aşqın Bak çatdırdı. Cənab Prezidentimizin sizə salamı var. Hamınızın gözlərindən öpür".

O prezidentin sözlərindən sitat gətirərək vurğulayıb:

"Başlarını aşağı salmasınlar, əhvallarını pozmasınlar. Yaxşı mübarizə apardılar. İnşallah, növbəti oyunları qazanaraq yolumuza davam edərik".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər