“Enfild”də bahalı güclənmə: “Liverpul”dan 60 milyonluq transfer

İdman

02.02.2026 12:14

“Liverpul” klubu Fransa təmsilçisi “Renn”in mərkəz müdafiəçisi Jeremi Jakenin transferi ilə bağlı şifahi razılıq əldə edib. 

TodayPress TV xəbər verir ki, bu barədə Sky Sports məlumat yayıb.

Bildirilir ki, mersisaydlılar futbolçu üçün 55 milyon funt sterlinq ödəyəcək. Müqavilədə əlavə olaraq, oyunçunun nəticələrindən asılı olan 5 milyon funt sterlinq bonus da nəzərdə tutulub. Jeremi Jake transfer pəncərəsinin son günündə “Liverpul”da tibbi müayinədən keçməlidir.

Daha əvvəl futbolçu ilə “Çelsi”nin də maraqlandığı və eyni maliyyə şərtlərini təklif etdiyi bildirilirdi. Lakin “Çelsi”nin müdafiəçi Mamadou Sarrı “Strasburq”dan geri qaytarmaq ehtimalı Jakenin qərarına təsir edib və o, “Liverpul”u seçib.

Qeyd edək ki, müdafiəçi cari mövsümdə “Strasburq”un heyətində bütün turnirlər üzrə 18 oyuna çıxıb və məhsuldar göstərici ilə yadda qalmayıb. Transfermarkt portalında futbolçunun bazar dəyəri 20 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

tag: Liverpul,Renn,Jeremi Jake,Transfer,Todaypress.tv,