“Əl-İttihad” Kərim Benzemaya yeni müqavilə təklif etdi

“Əl-İttihad” Kərim Benzemaya yeni müqavilə təklif etdi
12.01.2026 10:43 İdman

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu hücumçusu Kərim Benzema ilə müqaviləni uzatmaq niyyətindədir.

TodayPress TV insayder Nikolo Skiraya istinadən xəbər verir ki, hazırkı müqaviləsi 30 iyun tarixində başa çatacaq fransalı forvardla danışıqlar davam edir. Klub Benzemaya 2028-ci ilin yayına qədər yeni sözləşmə təklif edib.

Qeyd edək ki, 38 yaşlı hücumçu cari mövsüm “Əl-İttihad”ın heyətində meydana çıxdığı 10 oyunda 7 qol vurub.

Xatırladaq ki, Kərim Benzema 2023-cü ilin iyulundan Ciddə təmsilçisində çıxış edir. O, daha əvvəl 2009–2023-cü illərdə “Real Madrid” klubunun formasını geyinib və müqaviləsi başa çatdıqdan sonra azad agent kimi “Əl-İttihad”a keçib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər