Dünya və Avropa çempionundan növbəti qızıl medal

Dünya və Avropa çempionundan növbəti qızıl medal
28.07.2026 08:15 İdman

Azərbaycanın paragüllə atıcılığı üzrə milli komandasının üzvü Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunun qalibi olub. 

TodayPress TV xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb. 

Dünya və Avropa çempionu olan idmançımız 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) yarışının finalında 222 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Dünya Kuboku turnirində Azərbaycanı Kamran Zeynalovla yanaşı, Rafiq Əliyev və Aybəniz Babayeva təmsil edir.

Yarışın növbəti günlərində Kamran Zeynalov və Rafiq Əliyev kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş (P1), Aybəniz Babayeva qadınlar arasında eyni məsafə üzrə (P2), Kamran Zeynalov və Aybəniz Babayeva isə qarışıq komanda (P6) yarışında birlikdə qüvvələrini sınayacaqlar.

Turnirə iyulun 29-da yekun vurulacaq.

Namiq HUN

FOTOLAR

Dünya və Avropa çempionundan növbəti qızıl medal — 1
Dünya və Avropa çempionundan növbəti qızıl medal — 2
XƏBƏR LENTİ
28 IYUL 2026
Bütün Xəbərlər